Aparıcıların 80-90 faizinin sonuncu oxuduğu kitab əlifba kitabıdır

Leyla Məhərrəmova / AZADİNFORM. Bəzən TV-də aparıcıların dilindən "musiqilər" sözünü eşidirəm və sarsılıram. Çünki bizim dildə belə söz işlənmir.

Azadinform xəbər verir ki, bunu ADU-nun rektoru Kamal Abdulla “Ədəbi dilin qorunmasında KİV-in rolu” mövzusunda keçirilən konfransda deyib. O qeyd edib ki, xarici görünüşə uyub insanı televiziyaya gətirmək lazım deyil. Bu gün aparıcıların 80-90 faizinin ədəbiyyatdan xəbəri yoxdur. Onların sonuncu oxuduğu kitab əlifba kitabıdır". O həmçinin alınma sözlərdən də danışıb. Bildirib ki, dilimizdə "multikulturalizm" sözü ləzzətlə işlənir, hətta ucqar kəndlərdə də bu sözdən istifadə edirlər. K. Abdullanın sözlərinə görə, dilə başqa dildən sözlər gələ bilər: "Dil alınma sözləri özü tənzimləyir. O həmçinin deyib ki, Qərbdə multikultural dəyərlərin dağıldığı bir zamanda Azərbaycanda öz təntənəsini yaşayır. K. Abdulla deyib ki, multikultural cəmiyyət üçün təhlükəli məsələlərdən biri dildir.

6.10.2017 12:55 / Baxılıb: 716 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo