Hindistanda bəbir avtomobil zavodunun işini dayandırdı

Hindistanda böyük avtomobil zavodu işini dayandırıb. 

Məlumata görə, buna səbəb zavodun ərazisinə vəhşi bəbirin daxil olması olub.

"Maruti Suzuki" avtomobil zavodunun müşahidə kameralarına axşam saatlarında zavodun ərazisində gəzişən bəbirin görüntüləri düşüb. Bundan sonra zavodda gecə növbəsi işi dərhal dayandıraraq zavodu tərk edib.

Hadisə ilə bağlı zavodda səhər növbəsinin işi də təxirə salınıb.

Yerli vəhşi təbiəti mühafizə idarəsi əməkdaşı Vinod Kumarın verdiyi məlumata görə, hazırda bəbirin axtarışları davam edir. (trend)

5.10.2017 15:54 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo