Tatuaj adamı 15 ildən sonra da xəstə edə bilər

"The Telegraph" yazır ki, tatuaj və ya bədənin müxtəlif hissələrinə vurulmuş döymə şəkil və yazılar hətta 15 ildən sonra da infeksiyalara səbəb ola bilər.

Bir qadın böyümüş limfa düyünləri ilə xəstəxanaya qəbul edildikdən sonra bu barədə həkimlər ciddi xəbərdarlıq ediblər.

30 yaşlı avstraliyalı qadın qoltuğundakı ağrılı şişin xərçəng olduğundan qorxmuşdu.

Lakin Sidneydəki Royal Prince Alfred xəstəxanasının həkimləri şişi toxumalardan ayırdıqdan sonra əmin olmuşdular ki, o bədxassəli deyilmiş.

Ekspertlər bu halı araşdırdıqdan sonra belə bir nəticəyə gəlmişdilər ki, qadının qoltuğundakı şişlərə onun bədəninə döydürdüyü şəkillər səbəb olub. Onlar həkimlərə məsləhət görüblər ki, bundan sonra limfomadan əziyyət çəkən pasientlərdən bədənlərində tatuajın olub-olmadığını əvvəlcədən öyrənsinlər.

Həkimlər bundan əvvəl də bilirdilər ki, döymə şəkillərdə işlədilən mürəkkəb limfa düyünlərinədək gedib çıxır. Bu düyünlər bədəni zəhərli toksinlərdən qoruyan çox mühüm orqan sayılır. Lakin indi məlum olub ki, tatuajın limfalara təsiri özünü illər sonrası da büruzə verə bilər.

Hazırda Britaniyada yetkin yaşlıların üçdə birinin bədənində döymə şəkil və yazılar var.

Avropa Sinxrotron Radiasiya Mərkəzində aparılmış təcrübə göstərib ki, tatuaj mürəkkəbində olan titan oksidi bütün bədənə yayılaraq limfa düyünlərində toplana bilər.

Avropa Sinxrotron Radiasiya Mərkəzindən Hiran Castillo deyib ki, adamlar bədənlərinə şəkil döydürəndə adətən ehtiyatlı tərpənib sanitariyası yaxşı olan atelyelərə gedirlər, amma heç kəs tatuaj mürəkkəbinin kimyəvi tərkibi ilə maraqlanmır.

Halbuki tatuaj mürəkkəbinin tərkibində nikel, xrom, manqan və kobalt da ola bilər.

Tatuaj mürəkkəbinin limfa düyünlərinə təsirini araşdıran alim - Bernhard Hesse deyir ki, bu düyünlərin təsirlənməsi göz qabağındadır, çünki bədənə vurulan rəng onların da üstündə tapılır.

Alim bildirir ki, limfa düyünləri toksik mürəkkəbi orqanizmdən çxıarmağa çalışarkən özü də bu rəngə bulaşır.

Bu rəngin kiçicik nano hissəciklərdən ibarət olduğu isə bu yaxınlarda aşkarlanıb.

Alimlər bildirirlər ki, nano hissəciklərin orqanizmə təsiri hələlik ən az öyrənilən sahələrdən biridir (milli.az)

3.10.2017 23:24 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo