“Mübarizli Vətən” adlı ədəbi-bədii tədbir keçiriləcək

Adəm Abbaslı/AZADİNFORM. Yanvarın 30-da Gənc Tamaşaçılar Teatrında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Mübarizli Vətən” adlı ədəbi-bədii tədbir keçiriləcək.

Teatrdan Hüsniyyə Mursaquliyevanın “Azadinform”a verdiyi məlumata görə, tədbir Dövlət Gənc Tamaşaçılar Teatrı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək. Tədbirdə Filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanan “Mübarizli Vətən” ədəbi-bədii kompozisiyası nümayiş etdiriləcək.
Qeyd edək ki, kompozisiyanın quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlıdır.
M.İbrahimovun qəhrəmanlığının Azərbaycanın yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyəti, onların torpağa məhəbbət hislərinin formalaşmasında, Vətənə, xalqa sədaqət və mübarizlik əzmini gücləndirmək məqsədi daşıması tədbirin əsas məqsədidir.
Tədbirin sonunda Mübariz İbrahimova həsr olunan musiqi parçaları da səsləndiriləcək.

23.01.2012 17:19 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo