Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb

Eşqin Nuruşov/AZADİNFORM. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, proqramın icrası sayəsində paytaxtda və bölgələrdə teatr binaları müasir standartlara uyğun şəkildə yenidən qurulub, ünvanı olmayan teatrlara hüquqi ünvan verilib.

Bildirilib ki, bu gün teatrların maddi texniki bazası ilə yanaşı, yaradıcılıq sahəsinə də xüsusi diqqət ayrılır. Rejissorların teatrın inkişafında müstəsna xidmətləri nəzərə alınaraq davamlı olaraq kadr dəyişikliyi aparılır. Bu da teatrlarda repertuar zənginliyinə, fərqli teatr düşüncələrinin tamaşaçıya çatdırılmasına vəsilə olur. Bütün bunlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə əsasən respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Əmrə əsasən, Namiq Qafarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin edilib.

2.10.2017 17:10 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo