AzVision.az-ın 5 yaşı tamam olur

Samir Soltanov/AZADİNFORM. Bu gün AzVision.az internet saytının ad günüdür. Azadinform xəbər verir ki, saytın 5 yaşı tamam olur. 

AzVision.az saytı ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. AzVision.az əyləncə və şou xarakterli məlumatlara yer ayırmır və ictimai-siyasi xarakterli ciddi media qurumudur. AzVision.az müxtəlif sahələrə (siyasət, mədəniyyət, elm... ) aid özünün fərqli rubrikalarını və yanaşmalarını oxucularına çatdırır. Saytda multimedia materialarına üstünlük verilir. Sayt xəbərlərini ən çox kütləsi olan sosial şəbəkələrdə paylaşır. Həmçinin, sayt 8 dildə xəbərlərini oxucularına çatdırır. Azvision.az-ın redaksiyası bütün dövlət qurumları, siyasi partiyaları, QHT-lər, hüquq-mühafizə orqanları və ayrı-ayrı şəxslər ilə işbirliyinə açıqdır. Saytın baş redaktoru Vüsal Məmmədovdur.

Bizdə “Azadinform” Müstəqil İnformasiya Agentliyi olaraq AzVision.az internet saytının kollektivini gözəl gün münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq.

2.10.2017 13:54 / Baxılıb: 225 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo