Azərbaycanın “qaraçı” adı altında çağırılmamış “qonaq”larıMübariz Aslanov/AZADİNFORM. Əvvəllər (hərdən elə indi də) onlar yalnız fala baxmaları və ictimai yerlərdə özlərinə məxsus klassik formada şou göstərmələri ilə diqqəti cəlb edirdilər. Hətta Sovet İttifaqı dövründə belə onlara Azərbaycanda bu fəaliyyətləri ilə rast gəlmək mümkün idi...
Onların yeni peşəsi... İndi təkcə Bakıda fala baxmaq və sair kimi qeyri-adi təkliflərdən, hətta körpə uşaqlardan istifadə edərək dilənənlər arasında “qaraçılar” deyilən təbəqə yüksək üstünlük təşkil etməyə başlayıb. Artıq qaraçılar deyiləndə ilk növbədə dilənçilik yada düşür... Onların dilənçilərdən bir fərqi də var ki, əsasən qadınlar dilənir. Nədənsə qaraçı kişilər özləri nəinki fiziki əməkdən, hətta dilənməkdən belə çəkinib qadınları və uşaqları önə verirlər. Azərbaycana ilk qaraçı köçü... Sosioloq, professor Mətləb Mahmudov “Azadinform”a müsahibəsində deyir ki, araşdırmalara görə, əsl qaraçılar Azərbaycana XIX əsrin sonlarında kütləvi halda Hindistan gəlməyə başlayıblar. M.Mahmudov deyir ki, S.S.Axundovun “Qaraca qız” əsəri də məhz o dövrdə bu hadisə ilə bağlı həyəcanı ifadə edir. “Hindistanda xüsusi bir etnik olan qaraçılar Böyük Britaniyanın Hindistanı tutmasından sonra zaman-zaman üzü qərbə doğru axın etməyə başlayıblar. Məhz bu axın nəticəsində onlar üz tutub məskən saldıqları ölkədən asılı olaraq öz dinlərini də tədricən dəyişməyə başlayıblar. Əsas dinləri Atəşpərəstlik olan qaraçılardan Avropaya və Rusiyaya üz tutanlar xristianlığın müvafiq qollarını, müsəlman ölkələrində məskən salanlar isə İslamı qəbul ediblər. Çar İmperiyası dövründə Rusiyaya köçənlər pravoslavlığı qəbul etsələr də, sonradan onların da bir hissəsi Qafqaza köç edərək İslamı qəbul etməli olublar” - deyə M.Mahmudov vurğulayır. “Qaraçı” adı altında Azərbaycana gələnlər M.Mahmudov maraqlı bir məqama toxunaraq izah edir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana növbəti təcavüzü başladıqdan sonra ölkəmizdə qaraçılar adı altında başqa tayfalar da birləşməyə və təxminən onların rolunu oynamağa başladılar. “Yəni Böyük Britaniyanın Hindistana hücumundan sonra əslində qaraçı olmayan, lakin daha çox qaraçılara bənzəyən bəzi hind tayfaları İrana köç edir. Ötən əsrlər boyu isə onların bir hissəsi Ermənistana köç edərək atəşpərəstlikdən dönüb xristianlığı qəbul edirlər. Onlar əsasən əzəli Azərbaycan torpaqları olan Zəngəzur və Vedibasar mahalında məskunlaşırlar. Sovet İttifaqı dövründə çox qəribə hal idi ki, onlar nə hərbi mükəlləfiyyətə, nə də hansısa ictimai işlərə cəlb olunurdular. Dövlət sadəcə olaraq onlardan müəyyən vergi almaqla keçinirdi. O vaxtdan onları Qafqazda “yezidi kürdləri” adlandırsaq da, tədqiqatçıların fikrincə bu ad onlara yanlış verilib. Qafqazda bu ad onlara təsadüfən verilməyib, köç etdikləri ilk illərdə qarışıq fars dilində danışdıqları üçün yerli əhali onları “yezidi kürd” adlandırmağa başlayıb. Əslində, indinin özündə də onların əksər hissəsi bu adla razılaşmır. Məsələn, bu yaxınlarda Ermənistanda onların gənclərdən ibarət bir hissəsi bu adla çağırıldıqları üçün ermənilərlə kütləvi qarşıdurması da olmuşdu. Qeyd etdiyim kimi, ermənilərin Azərbaycana təcavüzü başladıqdan sonra - Ermənistanda etnik təmizləmə aparılarkən “yezidi kürd” adlanan bu tayfanın da bir hissəsi Azərbaycana axın etdi. Bu gün onlar əsasən Bakı və Sumqayıtda cəmləşiblər. Sumqayıtda birinci mikrorayon ərazisində, Bakıda isə Yasamal rayonu ərazisində bu tayfalar daha çox məskən salıblar” - deyə sosioloq bildirir. M.Mahmudov deyir ki, indi paytaxt ərazisində qarışıq fars-hindu dilində danışan bu tayfalara səhvən “qaraçı” adı verilir. “İlk günlərdən onlar da öz keçdikləri tarixi yollarına uyğun daha çox asan pul qazanmağa - fala baxmaq, dilənmək və sair yollara üstünlük versələr də, əksər hissəsi öz sosial şəraitlərini kifayət qədər yaxşılaşdırıb” - deyə o vurğulayıb. “Dövlət qeydiyyatı və yaşayış yeri olmayan şəxsləri himayəyə götürəcək” Əslində, dilənçilik bütün ölkələrdə mövcud olduğu üçün buna o qədər də faciəvi yanaşılmır. Lakin müəyyən mental və digər faktları nəzərə alsaq, Azərbaycanda bu halın kütləviləşməsi narahatlıq doğurur.
23.01.2012 15:13 / Baxılıb: 149 /
Bu bölmədə |
22.02.2012
17:14Təbliğat, ya təhqir?
|
||||||||||||||||||||||||||||||||||||||||||||
| © 2012 All right reserved www.danneo.com | Powered by Danneo |