Nobel mükafatının məbləği artırılıb

Nobel Fondunun İdarə Heyəti 2017-ci ildə Nobel mükafatının məbləğini 1 milyon İsveçrə kronu artırmaq haqqında qərar qəbul edib. 

Azadinform-un Fondun saytına istinadən xəbər verir ki, bundan sonra mükafatın həcmi 9 milyon İsveçrə kronu olacaq.

Qeyd edək ki, mükafatın həcmi 2011-ci ilədək 10 milyon İsveç kronu olub, amma sonradan 8 milyonadək azaldılıb.

2017-ci il üçün Nobel mükafatı laureatlarının elan olunmasına oktyabrın 2-dən başlanacaq.

29.09.2017 19:43 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo