Cəza monotamaşasının premyerası nümayiş olunacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində  yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası baş tutacaq.

Teatrın Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, “Cəza” tək adamlıq psixoloji oyun dramıdır. 

Tamaşada əsas və yeganə rolu əməkdar artist Kəmalə Hüseynova ifa edir. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Tamaşa sentyabrın 29-u saat 19:00-da nümayiş olunacaq.

27.09.2017 22:24 / Baxılıb: 120 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo