Daşın nəğməsi II Beynəlxalq Heykəltəraşlıq Simpoziumu keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə oktyabrın 1-dən 10-dək Bakıda “Daşın nəğməsi” II Beynəlxalq Heykəltəraşlıq Simpoziumu keçiriləcək.

Fonddan Azadinform-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Ukrayna, Yeni Zelandiya, Türkiyə, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya, Rusiya və Çindən 20 heykəltəraş iştirak edəcək.

İştirakçılar simpozium müddətində Bakının Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradacaqlar.

Xatırladaq ki, “Daşın nəğməsi” Beynəlxalq Heykəltəraşlıq Simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib və tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində sərgilənir.

27.09.2017 21:55 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo