Twitter 140 simvolu artıracaq

“Twitter” mikrobloqlar xidməti mesajlara qoyulmuş məhdudiyyəti 280 simvoladək artırmağı sınaqdan keçirir.

Bundan əvvəl mikrobloqlar xidmətində mesajlara qoyulmuş məhdudiyyət 140 simvola bərabər idi.

Şirkətin meneceri Aliz Rouzen deyib ki, “Twitter”də hər kəsin öz fikirlərini rahat şəkildə ifadə etməsi üçün bu addımın atılması nəzərdə tutulur.

Məlumata görə, mesajlarda limitin artırılması yapon, Çin və Koreya dillərinin özəlliklərinə görə bu dillərə aid edilməyəcək. Rouzen, həmçinin qeyd edib ki, hazırda yenilik yalnız kiçik qrup üçün əlçatan olacaq.

Qeyd edək ki, ABŞ-ın “Twitter Inc.” şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu 140 simvoldan ibarət mesajlarla ictimai mübadilə üçün sosial şəbəkədir. (ictnews)

27.09.2017 21:23 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo