Kərkükdə fövqəladə vəziyyət elan olunub

İraqın Kərkük şəhərində fövqəladə vəziyyət elan olunub, komendant saatı tətbiq edilib.

Azadinform Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Kərkük Şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasiyab Kamil məlumat verib.

Onun sözlərinə görə, "referendum"dan sonra baş verə biləcək hansısa təxribatın qarşısının alınması məqsədilə əhaliyə gecə saatlarında küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub, şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Onun sözlərinə görə, komendant saatı sabaha qədər qüvvədə olacaq.  

Qeyd edək ki, bu gün İraqın şimalındakı kürd muxtar bölgəsində "müstəqilliklə bağlı referendum" keçirilir. Referendum bölgədəki türkmənlər və ərəblər tərəfindən boykot olunur. 

25.09.2017 19:07 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo