Heydər Əsədova yeni vəzifə verildi

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri “Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilir. 

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

25.09.2017 18:32 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo