İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

25.09.2017 18:02 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo