BSU-nun rektoru beynəlxalq mükafata layiq görülüb

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə rektorluğun iclası keçirilib.

BSU-dan Azadinform-a verilən məlumata görə, iclasda sentyabrın 16-dan 23-dək Çerniqov şəhərində ezamiyyətdə olmuş  Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq  Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, fil.ü.f.d., dosent Yaşar Alxasovun hesabatları dinlənilib. R. Novruzov səfərin  Çerniqov Milli Texnologiya Universitetinin rəhbərliyinin dəvəti ilə baş tutduğunu bildirib. O, səfər çərçivəsində Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin və ÇMTU  (Çerniqov Milli Texnologiya Universiteti) nəzdində Azərbaycan dili Bazar Günü Məktəbinin açılması barədə məlumat verib. Sonra  R. Novruzov  BSU  ilə  Çerniqov Milli Texnologiya Universiteti (ÇMTU) arasında əməkdaşlıq haqqında müqavilə və BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalandığını bildirib. 

R. Novruzov daha bir əlamətdar hadisə barədə məlumat verib. O, Çerniqov Milli Texnologiya Universitetinin Elmi Şurasının qərarı ilə BSU-nun rektoru, professor  N. Əliyevaya elmi və ictimai fəaliyyətinə görə Fəxri professor adının verildiyini bildirərək diplom və medalı ona təqdim edib. 

R. Novruzov sonra universitetə daha bir sevindirici xəbərin daxil olduğunu qeyd edib. O, universitetin rektoru, professor N. Əliyevanın Beynəlxalq Sokrat Komitəsi tərəfindən uzunmüddətli vicdanlı və qüsursuz əməyə, peşəkarcasına məsul qərar qəbul etməsinə, elmi və ictimai sahədəki fəaliyyətinə görə  “The Name in Science” fəxri mükafatına  layiq görüldüyünü bildirib.  O, “The Name in Science” tituluna layiq görülmüş şəxsin mavi lentdə üzərində  “Dünya elmini zənginləşdirməyə görə” yazılmış orden, Sokratın barelyefini, “Alimə eşq olsun”  yazılı xatirə lövhəsini aldığını və adının dünyanın görkəmli alimlərinin beynəlxalq reyestrinə daxil edildiyini bildirib.  R. Novruzov mükafatın oktyabrın 6 və 7 tarixlərində  Fransanın Kann şəhərində keçirələcək  İşgüzar Zəfərlər və European Awards Night Beynəlxalq  Festivalında  BSU rektoruna təqdim ediləcəyini diqqətə çatdırıb. 

Prorektor, həmçinin Bakı Slavyan Universitetinin də “Ən yaxşı təhsil müəssisəsi” (“Best Educational İnstition Award”) Beynəlxalq mükafatına layiq görüldüyünü bildirib.  O, bununla bağlı rektora ünvanlanmış məktubda aşağıdakı fikirlərin səsləndiyini deyib: “ Müsəssisənin Sizin rəhbərliyiniz altında uğurlu və qüsursuz fəaliyyəti Avropa Biznes Assambleyasının Beynəlxalq Sokrat Komitəsinə  Bakı Slavyan Universitetini bu mükafata təqdim etməyə imkan vermişdir“.   

Sonra Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Sahibə Qafarova, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, BSU-nun jurnalistika kasfedrasının dosenti,  əməkdar journalist Etibar Babayev və digərləri qazanılmış uğurlar münasibətilə  universitetin rektorunu təbrik edib və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün öz təklif və tövsiyələrini veriblər.

25.09.2017 17:23 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo