Referendumu yox hökmündə qəbul edir və qeyri-qanuni sayırıq

Ləman Hüseynzadə / AZADİNFORM. “Referendumu yox sayırıq və qeyri-qanunidir deyirik”. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ərdoğan bildirib ki, heç kim bizdən sərhədlərimizin yanında yeni bir böhran və qarşıdurmanın yaranmasına göz yummağımızı gözləyə bilməz: “Bu mövzuda mövqeyimiz açıqdır. Buna baxmayaraq, İraqdakı qanuna zidd olan referendumun nəticələrinə baxmadan yox hökmündə qəbul edir və qeyri-qanuni sayırıq”. 

Ərdoğan əlavə edib ki, İraqın həm cəmiyyət, həm də ölkə olaraq birliyə həmişəkindən daha çox ehtiyacı olduğu bir dönəmdə ayrılığa doğru addımlar atılması qəbul edilə bilməz: “İraqın şimalındakı kürt qardaşlarımızın haqlarına, hüquqlarına, təhlükəsizliyinə və rifah həyat tələblərinə sonuna qədər hörmətimiz var. Əslində, biz həmişə Şimali İraq rəhbərliyinin tərəfində olmuşuq. Çətin anlarında heç kim onların yanında olmadığı bir vaxtda onlara lazımlı dəstəyi verərək ayaqda saxlamışıq. Ancaq bizim eyni zamanda, İraqda ərəb, türkmən qardaşlarımız - ezidilər, xaldeylər, süryanilər var. Onların da haqlarına bizim hörmətimiz var. Şimali İraq bütün bu xalqların ortaq yaşayış yeridir. Sadəcə bir şəxsin və ya tayfanın yaşayış yeri deyildir. Bunun belə bilinməsi lazımdır”.

25.09.2017 16:45 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo