Bunu bütün dünyaya elan etməli olan tərəf Avropa Birliyidir Ərdoğan

Ləman Hüseynzadə / AZADİNFORM. “Teatr oyununa çevrilən bu mübarizədə dəsmal atan tərəf biz olmayacağıq”.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Birliyi Baş Assambleyası, Avropa Ombudsmanları və Aralıq dənizi Ombudsmanları Birliyi İcraçı və İdarə Heyəti toplantısında bildirib. 

“Hər kəs bilsin ki, Avropa Birliyi ilə Türkiyə arasında artıq bir teatr oyununa çevrilən bu mübarizədə dəsmal atan tərəf biz olmayacağıq”  - deyən prezident əlavə edib ki, bu mövzuda qərar verməli və bunu bütün dünyaya elan etməli olan tərəf Avropa Birliyidir: “Qərarlarını versinlər. Biz bu qərarı eşidənə qədər səbirlə gözləyəcəyik”.

25.09.2017 16:30 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo