Rusiyadan gətirilən siqaretlər gömrükdə aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlanıb. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində olan əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan edilməyən 8600 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

25.09.2017 16:12 / Baxılıb: 120 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo