Stavropolda Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

Eşqin Nuruşov/AZADİNFORM. Sentyabrın 28-də Stavropolda VIII Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Azadinform-a verilən məlumata görə, forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Forumda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

25.09.2017 15:42 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo