Babayanın qaçaqmalçılıqla ələ keçirdiyi İqla məhkəmə zalına gətirildi

Leyla Məhərrəmova / AZADİNFORM. "İqla" tipli portativ zenit-raket kompleksi qaçaqmalçılığı üzrə cinayət işi çərçivəsində Dağlıq Qarabağda yaradılan qondarma qurumun “sabiq müdafiə naziri” Samvel Babayan və digər şəxslərin məhkəməsinə dəlil təqdim edilib.

Azadinform-un məlumatına görə, Babayan və digər şübhəlilərin qanunsuz yolla əldə etdiyi “İqla” Yerevan məhkəməsinə gətirilib. Babayan isə bildirib ki, bu silah sayıla bilməz: “Çünki batareyası yoxdur, o silahın bir hissəsi hesab oluna bilər”.

Qeyd edək ki, Babayan bir qrup insanla birgə qeyri-qanuni yolla silah almaq və daşımaqda ittiham edilir.

25.09.2017 15:35 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo