Muğanlı-İsmayıllı yolunda payız-qış mövsümünə hazırlıq işləri görülür

Eşqin Nuruşov/AZADİNFORM. Payız-qış mövsümü ilə əlaqədar olaraq "Azəravtoyol" ASC tərəfindən avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atılır.

"Azəravtoyol" ASC- dən Azadinform-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür. Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir. Bundan başqa, dağdan axan yağış və qrunt sularının yolun asfalt-beton örtüyünün altına daxil olmasının qarşısını almaq məqsədi ilə drenajlar qazılır, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Hal-hazırda da payız-qış mövsümünə hazırlıq məqsədi ilə görülən işlər davam etdirilir. Yaxın günlərdə qabaqlayıcı tədbirlər yolun 10-12 və 26-29-cu km-lik hissələrində də aparılacaq.

Ümumilikdə payız-qış mövsümünə hazırlıq çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunda görülən işlərə "Azəravtoyol" ASC-nin "9 -li Yol İstismarı" MMC tərəfindən lazımi sayda canlı qüvvə və 10-dan artıq maşın-mexanizm cəlb olunub.

25.09.2017 15:07 / Baxılıb: 58 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo