30-dan çox adamı yeyən ər-arvad saxlanılıb

Rusiyanın Krasnodar dairəsinin Kuban şəhərində 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailə saxlanılıb.

Məlumata görə, ailənin oğurladıqları insanları öldürərək yedikləri bildirilir.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları ər-arvadın insanları oğurlayaraq qətlə yetirdiyini, daha sonra qalıqlarından konserv hazırladıqlarını müəyyən edib. Qətlə yetirilənlərin cəsədlərinin bir hissəsi şübhəli şəxslərin evindəki soyuducuda tapılıb.

Qeyd edək ki, cinayət fəhlələrin sentyabrın 11-də Krasnodarın Repin küçəsindən mobil telefon tapması ilə üzə çıxıb. Həmin telefonda 35 yaşlı yerli sakinin naməlum qadın cəsədinin hissələri ilə fotosu olub. Cəsədin qalıqları səhərisi gün Dzerjinski adına Hərbi Aviasiya Məktəbinin ərazisində tapılıb. Ərazidə paket və insan cəsədinin hissələri olan vedrə aşkarlanıb.

Bundan başqa, telefonda tutulan ər-arvadın qətlə yetirdikləri insanların müxtəlif bədən üzvləri ilə selfi fotoları aşkarlanıb.

Mətbuat hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır ki, telefonun sahibi iki qətli etiraf edib. Şəkil çəkdirdiyi bədən hissələrinin sahibindən başqa, o, 2012-ci ildə daha bir nəfəri qətlə yetirdiyini bildirib.

Rəsmi orqanları hələlik faktı təsdiqləməyib. Hüquq-mühafizə orqanlarının mətbuatda bu barədə yayılan məlumatlar əsasında araşdırma aparıldığı bildirilir. (apa)

25.09.2017 15:00 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo