Qarabağla oyun bizim üçün çox önəmlidir

Samir Soltanov/AZADİNFORM. “Qarabağ”la oyun bizim üçün çox önəmlidir. Rəqib xüsusi komandadır”. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bunu “Roma”nın baş icraçı direktoru Umberto Qandini bildirib. O qeyd edib ki, “Qarabağ”ın Avropa Liqası təcrübələri var: “Onlar “İnter”lə heç-heçə ediblər. Qrupun digər görüşündə “Atletiko” ilə “Çelsi” üz-üzə gələcək. Buna görə Bakıda qələbə qazanmaq bizim üçün çox vacibdir”. 

Baş icraçı direktor C qrupunu 3-cü pillədə başa vuraraq Avroliqaya yollanacaqlarını istisna etməyib: “Yer aldığımız qrupda iki önəmli komandanın olması normaldır. Əgər Avropa Liqasına yollansaq, orda da sona qədər mübarizəmizi aparacağıq. Favorit komandaların bir-birilərinə qarşı keçirəcəkləri oyunlardan çox şey asılıdır. Bu səbəbdən də “Qarabağ”la matçlarda maksimum nəticə əldə etməliyik. "Qarabağ"la görüşdə qələbəni sentyabrın 27-də 41 yaşı tamam olacaq klubun əfsanəvi futbolçusu Françesko Tottiyə hədiyyə etmək istəyirik. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu saat 20:00-da başlayacaq.

25.09.2017 14:54 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo