İraq rəhbərliyinin istəyi ilə sərhədlərimizi bağladıq İran XİN sözçüsü

Ləman Hüseynzadə / AZADİNFORM. “İraq dövlətinin ərazi bütövlüyünü dəstəkləyirik. İraq rəhbərliyinin istəyi ilə hava məkanımızı və torpaq sərhədlərimizi İraq Kürd Regional Muxtariyyətinə bağladıq”.

Azadinform xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında çıxış edərək bildirib. Qasımi İranın bundan sonrakı addımlarının nə olacağı barədə verilən sualı “bu mövzuda daha sonra açıqlama veriləcəkdir” deyə cavablandırıb. 

Qeyd edək ki, İran Milli Təhlükəsizlik Ali Şurasının sözçüsü Keyvan Husrevi ötən gün İraq Regional Kürd Rəhbərliyinin referendum keçirmələrinə qarşı Ərbildən qalxan təyyarələrinə hava məkanını bağladıqları barədə açıqlama verib.

25.09.2017 14:17 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo