Qarabağ Roma oyunu portuqaliyalı hakimlərə tapşırıldı

Samir Soltanov/AZADİNFORM. Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu üçün hakim təyinatları açıqlanıb. 

Azadinform UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Portuqaliya Futbol Federasiyasından Artur Dias idarə edəcək. Ona Rui Tavares və Paulo Soares köməklik edəcək. Əlavə hakimlər qismində Tyaqo Martins və Joao Pinyeiro təyin olunublar. Dördüncü hakim funksiyasını isə Bruan Rodriges yerinə yetirəcək.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Roma" görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq.

25.09.2017 13:56 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo