Deputat: Bu dövlətlər Orta Şərqdən sonra Rusiyanı parçalamağa keçəcək

Leyla Məhərrəmova / AZADİNFORM. “İraqın şimalında referendumun keçirilməsi region üçün çox ağır siyasi, iqtisadi, sosial, hərbi və humanitar nəticələr gətirəcək.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. O, qeyd edib ki, İraq, İran, Suriya və Türkiyənin razılıq vermədiyi, İsrail istisna olmaqla dünyanın əksər ölkələrinin rəsmi olaraq əleyhinə çıxdığı bir layihə reallaşdırılarsa, çoxlu qanlar töküləcək. Deputatın fikrincə, açıq şəkildə söyləmək lazımdır ki, müəyyən dövlətlərin və dairələrin İŞİD-İ yaratmasında başlıca məqsədləri Suriya, İraq, İran və Türkiyəni parçalamaq, Orta Şərqin siyasi coğrafiyasını yenidən cızmaq idi: “İŞİD-ın tutduğu əraziləri hansı qruplaşma azad edəcəksə, nəzarət və hakimiyyət də onlara keçəcək. Rəsmi bəyanatlarına baxmayaraq, ABŞ və başqa ölkələrin bir sıra kürd qruplaşmalarına silah vermələrinin başlıca məqsədi budur”.  

M. Qasımlı bildirib ki, həmin dövlətlər və dairələr Orta Şərqdən sonra Rusiya ərazisini parçalamağa keçəcəklər: “Hesab edirəm ki, bizim üçün vacib olan dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsidir”.

25.09.2017 13:26 / Baxılıb: 268 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo