Mərkəzi Bankın depozit hərracında tələb təklifi 6,3 dəfə üstələyib

Samir Soltanov/AZADİNFORM. Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit keçirilib. 

Mərkəzi Bankdan Azadinform-a verilən məlumata görə, hərracda tələb 624,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da Mərkəzi Bankın depozit hərracında tələb təklifi 6,3 dəfə üstələyib. 

Qeyd edək ki, bugünkü depozit hərracında 100 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

25.09.2017 13:16 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo