Binəli Yıldirim: Əgər türkmənlərə qarşı orada hücum başladılsa...

Samir Soltanov/AZADİNFORM. Türkiyənin Baş naziri Binəli Yıldırım Ərbildə İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum keçirilməsinə münasibət bildirib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, böhran artıq pik nöqtəyə çatıb: “Dönülməz bir nöqtəyə gəlindiyi üçün bundan sonrasında heç də xoş olmayan proseslər başlayacaq. Ümid edək ki, belə bir vəziyyətlə qarşı-qarşıya qalmarıq. Amma inadkarlıqla yeni sərhədlərin yaradılması üçün bu referendumu keçirtmək istəyi yeni bir qarşıdurmanın başlanmasına şərait yaradıb. Bundan da zərər çəkən oradakı günahsız insanlar olacaq”.   

Baş nazir qeyd edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlarda bir qrup insan çalışır: “Çox gec olmadan bu addımları atacağıq. İstər hava sahəsi ilə əlaqədar, istərsə də sərhəd qapılarının necə idarə olunacağı ilə bağlı qərarlar qəbul edəcəyik. Burada müəyyən çətinlikləri var. Bunlardan biri də hal-hazırda Peşmərgənin oranı nəzarət altında saxlamasıdır. İraq hökuməti onlardan sərhəd qapılarını təslim etmələrini istədi. Bunların geri çəkilib-çəkilməyəcəyini zaman göstərəcək. Sərhəddə baş verən prosesləri izləməliyik. Ona görə rəsmi Bağdadla daha sıx dialoq içində olmalıyıq”. 

B. Yıldırım vurğulayıb ki, bizim Bağdada sərhəd yolu ilə keçməyimizə hər hansı bir maneə, çətinlik törədilərsə, bizdə təhlükəsizlik tədbirlərini gücləndirməyə məcburuq: “Bunu da İraq Hökuməti ilə birgə təşkil edəcəyik. Əgər türkmənlərə qarşı orada böyük bir hücum, soyqırım başladılsa, buna laqeyd qalmağımızı kimsə gözləməsin”.

25.09.2017 13:02 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo