İsrail əsgərləri 20 fələstinlini həbs edib

Ləman Hüseynzadə / AZADİNFORM. İsrail əsgərləri işğal altındakı Qərbi Şəriyənin müxtəlif bölgələrində 20 fələstinlini həbs edib.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə, Qərbi Şəriyənin müxtəlif kənd və şəhərlərində fələstinlilərin evlərinə axşam saatlarında basqın edilib. Basqın nəticəsində 20 fələstinli “terror hadisələrinə qarışdıqları” iddiası ilə həbs olunublar. 

Qeyd edək ki, işğalda olan Qərbi Şəriyyə və Şərqi Qüdsdə tez-tez evlərə basqın planı hazırlanır və müxtəlif iddialarla fələstinlilər həbs edilir. İsrail həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var.

25.09.2017 12:46 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo