Nazir: Sərhəddə heç bir bağlanma yoxdur

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi “Habur” nəzarət-buraxılış məntəqəsinin bağlanması ilə bağlı məlumatlara münasibət bildirib.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir “hazırda sərhəddə heç bir bağlanma yoxdur, İraq tərəfdən gələnlərin daha ciddi nəzarətlə keçməklərinə icazə veririk”, - deyə qeyd edib. 

Məntəqədəki son vəziyyətdən danışan Tüfenkçi əlavə edib ki, keçidlər təhlükəsizlik baxımından mütəmadi olaraq nəzarətə alınır: “Biz qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün yoxlamanı artırmışıq, amma heç bir bağlanmadan söz gedə bilməz. Türkiyədəki bəzi yük maşınlarının sürücüləri özləri narahat olduğu üçün sərhəddən keçmək istəmirlər. Növbəti saatlarda da dəyişikliklər barədə məlumat verəcəyik”.

25.09.2017 12:41 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo