Referendumun region üçün nəticəsi nə olacaq?

Leyla Məhərrəmova / AZADİNFORM. İraq hərbi birləşmələri  Kərkükü nəzarət altına götürüb və Bərzaninin rəhbərlik etdiyi Kürd Muxtariyyətinə doğru yaxınlaşır. Ola bilsin ki, türk  qoşunları bu gün və ya sabah həmin ərazilərə hücum etsin.

Bu fikirləri Azadinform-a politoloq Qabil Hüseynli İraqın şimalında keçirilən referendumu şərh edərkən deyib. O qeyd edib ki, İran, İraq və Türkiyə yəqin ki, referendumun həyata keçirilməsinə imkan verməyəcək və muxtar qurumun fəaliyyətinə son verəcəklər. Politoloq vurğulayıb ki, Səddam Hüseyn dövründə olduğu kimi həmin ərazi mərkəzi hakimiyyətə tabe olacaq. 

İsrailin referendumun nəticəsini tanıyacağı ilə bağlı fikirlərə münasibətində politoloq bildirib ki, bu  İsraillə region dövlətlərinin münasibətinə çox pis təsir göstərəcək: “İsrail bu addımı atmaqla ərəb dövlətlərini öz üstünə qaldıracaq. Hesab edirəm ki, regionun bütün dövlətləri ilə münasibətlər gərginləşəcək. İsrailin bu  addımı qınanmağa layiqdir”.

25.09.2017 12:37 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo