Şimşək çaxacaq, yağış yağacaq

Eşqin Nuruşov/AZADİNFORM. Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər nazirliyindən Azadinform-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə  17-20° isti, gündüz  22-26° isti, Bakıda gecə  17-19°, gündüz  23-25° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 764  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz  55-65 % olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən mülayim xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  15-20°, gündüz  25-30° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.

25.09.2017 12:22 / Baxılıb: 41 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo