Mark Facebookun hissələrini satır 12,8 milyard dollara

Samir Soltanov/AZADİNFORM. “Facebook”un yaradıcısı və dünyanın ən zəngin beşinci adamı olan Mark Zuckerberg önümüzdəki il yarım ərzində şirkətdəki hissələrinin 18 %-ni satmağı planlaşdırır. 

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, “Facebook”dan verilən açıqlamada bildirilir ki, şirkətin 18 %-nin dəyəri təxminən 12,8 milyard dollara bərabərdir. 

Qeyd edək ki, 33 yaşlı Zuckerberg ilə 32 yaşlı həyat yoldaşı Priscilla Chanın 72,4 milyard dollarlıq sərvəti var. Cütlük açıqlamasında vurğulayıb ki, şirkətdəki hissələrinin çoxunu müxtəlif vaxtlarda hissə-hissə xeyir işləri üçün satacaqlar. 

25.09.2017 11:23 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo