Türkiyə İraqla sərhədi bağladı

Samir Soltanov/AZADİNFORM. Türkiyə İraqın kürd muxtariyyəti ilə sərhəddə, Şırnak vilayətində “Habur” nəzarət-buraxılış məntəqəsi bağlayıb. 

Azadinform xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilir ki, nəzarət-buraxılış məntəqəsi birtərəfli qaydada bağlanıb. 

Qeyd edək ki, bu gün Ərbildə İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum keçirilir. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.

25.09.2017 10:55 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo