Son durum: Türkiyə ordusu müharibə mövqeyinə keçdi

Ləman Hüseynzadə / AZADİNFORM. Bütün dövlətlərin etirazına baxmayaraq, Şimali İraq Kürd Muxtariyyəti müstəqillik üçün referenduma səhər saatlarında start verib.

Azadinform xəbər verir ki, referendum yerli vaxtla saat 08:00-da başlayıb. Hazırda Ərbildə bayram abu-havası hökm sürür. Artıq seçicilər məntəqələrə axışmağa başlayıblar. 

İraq Kürd Regional Rəhbərliyinin birtərəfli qəbul etdiyi, türkmən və ərəblərin isə boykot etdiyi referendum üçün Ərbil, Süleymaniyyə, Duhok, Kərkük vilayəti, Tuzhurmatu və Hanekin mahalları ilə Celavla və Qaratəpə qəsəbələrində sesvermə qutuları yerləşdirilib.

Türkiyə Böyük Millət Məclisi “sərhəd xaricində əməliyyat” barədə qanun qəbul edib. Türkiyə ordusu sərhəd xəttində manevr edərək müharibə mövqeyinə keçib.

İran isə dünən Şimali İraq sərhədindəki terrorçu mövqelərinə zərbələr endirib. İranın XİN rəhbəri isə açıqlama verərək “referendumu tanımırıq, yox hökmündədir”, - deyib.

25.09.2017 10:50 / Baxılıb: 315 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo