Paytaxtın 2 rayon və 1 qəsəbəsində su olmayacaq

Samir Soltanov/AZADİNFORM. Magistral kəmərlərdə təmir-bərpa və yenidənqurma işlərinin aparılması ilə əlaqədar, sentyabrın 25-də gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Azadinform xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

25.09.2017 10:38 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo