Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablar nəşr edilib

Eşqin Nuruşov/AZADİNFORM. Bu ilin sentyabrında litvalı jurnalist Qintaras Visotskasın yazdığı “ ׸ ” (Qara Bağın Faciəsi) adlı kitab və jurnalist Leonas Yurşanın yazdığı “ , ” (Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları) adlı kitabça litva dilindən rus dilinə tərcümə olunaraq nəşr edilib.

Azadinform-un məlumatına görə, kitablarda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü bildirilib, son yüz ildə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunub. 

Qeyd edək ki, 2015-ci ildən başlayaraq, Litvada bir sıra politoloqlar və tarixçilərin litva dilində yazdığı “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında”,  tarixçi-alim Alqimantas Liyekisin “Millətlərin Qafqazda köçü 20-ci əsr”, jurnalist Qintaras Visotskasın “Qara Bağın Faciəsi” adlı kitabları, “Siyasətçilərin xalqların talehlərini dəyişdirmiş qərarları” adlı kitabçanın Litva siyasətçiləri və ictimai xadimləri arasında paylanılması və kitabxanalara verilməsi, “elibrary.lt” elektron kitabxanasında yerləşdirilməsi erməni uydurmalarının ifşa olunmasında və Litva ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə xeyli dönüş yaradıb.

Bir müddət öncə tarixçi-alim A. Liyekisin “Millətlərin Qafqazda köçü 20-ci əsr” adlı kitabının rus dilində nəşri də işıq üzü görüb.

25.09.2017 10:27 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo