Qarabağla səfər oyunumuz çətin olacaq

Samir Soltanov/AZADİNFORM. “Bizi səfərdə “Qarabağ”la asan oyun gözləmir. Rəqib meydanında xüsusi atmosfer olacaq”. 

Azadinform xəbər verir ki, bunu Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma”nın baş məşqçisi Eysebio Di Françesko İtaliyanın Quotidiano nəşrinə açıqlamasında bildirib. O qeyd edib ki, “Qarabağ” futbolçuları haqda kifayət qədər məlumat toplamışam: “Mən “Qarabağ”ın futbolçularını tanıyıram. “Qarabağ”ın yaxşı hücum xətti var. Rəqib fiziki cəhətdən ideal vəziyyətdə olmaya bilər, ancaq biz oyuna mütləq yaxşı formada çıxmalıyıq”. 

Qeyd edək ki, “Qarabağ” sentyabrın 27-də Bakı Olimpiya Stadionunda “Roma”nı qəbul edəcək.

25.09.2017 10:20 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo