Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Hacıqabulda avtomobilin yolu keçərkən vurduğu piyada xəstəxanada ölüb.

Sentyabrın 23-də Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “Mercedes” markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb.

Yaralı kəllə-beyin travması  və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Lakin həkimlər B. Xanəliyevin həyatını xilas edə bilməyiblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır. (apa)

24.09.2017 17:24 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo