DTX rəisi: Azərbaycanda teror planlaşdıranların qarşısı alınır

AZADİNFORM. "Azərbaycanda teror planlaşdıranların qarşısı alınır"

Azadinform-un xəbərinə görə, bunu  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev bildirib.

M. Quliyev deyib ki, azərbaycanlı gənclərin radikal dini qruplara qoşulmaması üçün maarifləndirici tədbirlər aparılır: “Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir. Xalqımız prezidentimizin ətrafında sıx birləşib. Təbii ki, belə bir şəraitdə gedib qara işlərlə məşğul olmaq düzgün deyil".

M. Quliyev deyib ki, Azərbaycanda terror etməyə cəhd edən xeyli sayda qüvvələr olub: “Amma belə terror hazırlıqların qarşısı vaxtında əməkdaşlarımız tərəfindən alınıb.  Amma Azərbaycanın hüquq-mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirirlər və belə tədbirlərin qarşısını vaxtında alırlar”.

24.09.2017 14:56 / Baxılıb: 276 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo