Çində sürüşmə nəticəsində 3 nəfər ölüb

Çinin cənub-şərqindəki Quyçjou əyalətində baş vermiş sürüşmə nəticəsində 3 nəfər həyatını itirib.

Azadinform xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Xinhua" agentliyi məlumat yayıb.

İnsident ötən gün Libo qəzasında qeydə alınıb. Təbii fəlakət zamanı yolda 10 nəfər olub, onlardan biri xilas ola bilib, daha 3 nəfəri isə xilasedicilər ərazidən çıxarıb.

İlkin məlumata görə, sürüşməyə leysan yağışları səbəb olub.

24.09.2017 13:05 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo