Beşmərtəbəli yaşayış binasında yanğın olub

AZADİNFORM. Ötən gecə Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 34 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan eyvanın divarı 3 m2 sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

24.09.2017 11:32 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo