Şimali Koreyanın XİN rəhbəri Trampı ruhi xəstə adlandırıb

Şimali Koreyanın XİN rəhbəri Li Yön Xo BMT-nin tribunasından çıxış edərkən ABŞ prezidenti Donald Trampı “özündən razı ruhi xəstə” adlandırıb və bu cür adama “nüvə çamadanını” həvalə etmək təhlükəli olduğunu vurğulayıb. 

 Bu barədə Azadinform “RİA Novosti”yə istinadən xəbər verir.

“Absurd reallıq ondan ibarətdir ki, Tramp kimi özündən razı ruhi xəstə, öz xalqı tərəfindən “uğursuz komandan” (Commander in Grief), “yalançı kral” (Lyin King) və “iblis prezident” adlandırılan insan ABŞ prezidentidir”, - deyə nazir bildirib.  

Onun sözlərinə görə, “nüvə çamadanı”nın bu cür insana həvalə edilməsi bu gün bütün dünya üçün əsas təhlükədir. 

24.09.2017 10:24 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo