Elmar Məmmədyarov bəhreynli həmkarı ilə görüşüb

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Məhəmməd Al Xəlifə ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə,  görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, turizm və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

E. Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunduğunu qeyd edərək, bu çərçivədə görülən tədbirlər haqqında danışıb. Turizm sahəsində əməkdaşlığın inkişafı, Bəhreyndən və Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının əsaslı dərəcədə artması məmnuniyyətlə qeyd olunub. E. Məmmədyarov həmkarına Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərini işğalı, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsinin, o cümlədən İslam dininə aid abidələrin talan və məhv edilməsi və münaqişənin həlli ilə bağlı danışıqlar barədə məlumat verib.

Görüşdə tərəflər BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

24.09.2017 10:13 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo