Bakıda 3, Masallıda isə 6 otaqlı ev yanıb

AZADİNFORM. Bakı və Masallıda yanğın hadisəsi qeydə alınıb.

Azadinform-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə, taxtadan ibarət arakəsmə divarları 25 m2 sahədə yanıb. Yüksək temperaturdan 2 otaq və dəhliz 40 m2 sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonu, Ərkivan kəndində ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

23.09.2017 22:14 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo