"Çelsi" "Stok Siti"yə qalib gəldi

"Çelsi" klubu İngiltərə Premyer Liqasında VI turun oyununu keçirib.

Azadinform-un məlumatına görə, "zadəganlar" "Stok Siti"nin qonağı olub.

Stok-on-Trentedəki "Britannia" stadionunda təşkil olunmuş qarşılaşma "Çelsi"nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Qolların 3-ü yeni transfer Alvaro Morata vurub. O, 2-ci, 77-ci və 82-ci dəqiqələrdə fərqlənib. Daha bir qola isə 30-cu dəqiqədə isə Pedro Rodriges imza atıb.

Bu qələbə sayəsində xallarını 13-ə çatdıran "Çelsi" 3-cü pillədə qərarlaşıb. "Stok Siti" isə 5 xalla 15-cidir.

23.09.2017 21:57 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo