DADP sədri: "20 ildən çoxdur ki, eyni tərz, eyni pafoslu çıxışlar, şüarlar və eyni simalar"

AZADİNFORM. "Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış bugünki mitinqi də əvvəlki mitinqlərdən heç nəyi ilə fərqlənmədi. Milli Şura və bütövlükdə müxalifət yerində saymaqla məşğuldur". Azadinform xəbər verir ki, bu açıqlama ilə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov çıxış edib.

DADP sədri bildirib ki, 20 ildən çoxdur eyni tərz, eyni pafoslu çıxışlar, şüarlar və eyni simalar: "Dəyişən heç nə yoxdur. Mitinqdə Azərbaycanla yanaşı başqa ölkələrin bayraqlarının, həmçinin, radikal dindarların fotolarının, onlara dəstək şüarlarının qaldırılması da xüsusi qeyd olunmalıdır. Maraqlıdır, Milli Şura hansı məqsədə, amala, hansı ölkəyə (və yaxud ölkələrə) xidmət edir?".

23.09.2017 21:00 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo