"Səbail" klubu liqada ikinci qələbəsini qazanıb

"Səbail" klubu futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb.

Azadinform-un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv VI turda "Dalğa Arena"da "Kəpəz"i məğlubiyyətə uğradıb - 1:0.

Yeganə qolu 60-cı dəqiqədə Elman Taqayev vurub. Bununla da "Səbail" xallarını 6-ya yüksəldərək, 6-cı pillədə möhkəmlənib.

Bir xala malik "Kəpəz" isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, "Səbail" ilk qələbəsini II turda "Neftçi" üzərində qazanıb - 1:0.

23.09.2017 21:12 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo