Mətbuat Şurası: "Mitinqdə KİV nümayəndələrinin vəzifələrini icra etmələrinə maneə olmayıb"

Mətbuat Şurası mitinqdə monitorinq aparıb.

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O, qeyd edib ki, Azərbaycan Mətbuat Şurasınn Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu Milli Şuranın bu gün Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

"Aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Həmçinin monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Aksiyada mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqları qeydə alınıb. Onlara bununla bağlı müvafiq tövsiyələr verilib", - deyə o qeyd edib. (report)

23.09.2017 20:48 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo