Merkel: G7 ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır

“Böyük yeddilik” ölkələri Ukraynanın şərqində vəziyyətin gərginləşəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın federal kansleri Angela Merkel deyib. A. Merkel sanksiyaların ləğvinin Minsk razılaşmalarının həyata keçirilməsi ilə əlaqəli olduğunu söyləyib: “Əgər vəziyyət tələb edərsə, baxmayaraq ki, bunu istəmirik, biz sanksiyaları sərtləşdirməyə hazırıq”.

Qeyd edək ki, Avropa İttifaqı Krımın Rusiya tərəfindən ilhaqından və Ukraynanın şərqində separatizmin baş qaldırmasından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib.  

23.09.2017 18:27 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo